Xəbəri Kokpitdə Oxuyun!

Aston Martin Druqoviçlə müqaviləni uzadıb

Aston Martin komandası braziliyalı sürücüsü Felipe Druqoviç ilə müqaviləsini 2025-ci ilin sonuna qədər uzadıb.

Kokpit.az bildirir ki, braziliyalı pilot bu il də komandanın test və ehtiyat sürücüsü olacaq. O, yarış həftələrində Aston Martin-lə birlikdə olacaq və lazım olsa, əsas sürücülərdən birini əvəzləyəcək.

Felipe Druqoviç: “Ardıcıl üçüncü mövsümsə Aston Martin komandasının ehtiyat və test pilotu olacağım üçün çox xoşbəxtəm.

Komanda böyük temp qazanıb və bir yerdə necə nəticə alacağımızı görmək üçün səbirsizlənirəm. Yeni bazamızda gözəl şərait var. Xüsusən də, yenilənmiş simulyatorumuz komandanın necə istəkli olduğunu göstərir.

Mən də Aston Martin komandasının uzunmüddətli layihələrinə qatqı vermək üçün əlimdən gələni etməyə qərarlıyam. Həmişə mənə dəstək verən komandama təşəkkür edirəm”.

Aston Martin komandasının Yarış Direktoru Mayk Krak isə Druqoviç barədə bunları deyib: “Felipe gəldiyi ilk gündən bəri komandamızın vacib bir hissəsi oldu və 2025-ci ildə onunla işləyəcəyimiz üçün çox sevincliyik. O bizim üçün çox böyük dəyərdir.

Xüsusən də simulyatorda və testlərdə gördüyü işlərə söz ola bilməz. Sükan arxasında səhv etməyən, işə olan sadiqliyi ilə seçilən pilotdur. Verdiyi geri bildirimlər ilə komandanın inkişafında vacib rol oynadı. Əminik ki, Felipenin qatqıları davam edəcək. Bundan başqa ona 24 saatlıq Daytona Marafonunda uğurlar arzu edirik”.

Rauf Hacıyev

Şərh əlavə et