Xəbəri Kokpitdə Oxuyun!

Aston Martin fəlsəfəsini dəyişəcək

Aston Martin komandasının sürücüsü Ləns Stroll bildirib ki, 2025-ci il üçün yeni dizayn fəlsəfəsinə keçəcəklər.

Kokpit.az xatırladır ki, Aston Martin komandası 2025-ci ilə keçid mövsümü kimi baxsa da, ili itkiyə vermək istəmir.

Silverstoundakı bazada hazırkı bolidin hazırkı konsepti üzərində təkmilləşdirilmə işləri gedir. Bununla da, AMR24-ün çatışmazlıqlarını düzəldərək, AMR25-i daha güclü etməyi hədəfləyirlər.

Ləns Stroll: “2025-ci ilə yeni və daha yaxşı fəlsəfə ilə başlamaq istəyirik. Hazırda hədəfimiz budur. 2024-cü ildə çoxlu yeniliklər etsək də, sonda məyus olduq. Boliddə davamlı inkişaf olmadı.

Növbəti mövsümə daha yaxşı başlanğıc etmək üçün qışda yaxşı işləməliyik. 2024-cü ildəki zəif yönlərimizi artıq bilirik. Bu bizə çox şey öyrətdi.

Artıq bu bolidi necə inkişaf etdirəcəyimizi və bunu necə etməli olduğumuzu çox yaxşı anlayırıq.

2024-cü il mövsümünün ikinci yarısı bizim üçün çox çətin keçdi. İlk yarıda 2023-cü il qədər güclü olmasaq da, davamlı xallar qazanırdıq. Ancaq yay tətilindən sonra işlər daha da çətinləşdi. Yenə də boliddəli çatışmazlıqları çox yaxşı bilirik. Mexaniki və aerodinamika cəhətdən çox şey inkişaf etdirilməlidir. Hazırda bütün gücümüzü buna yönləmdirmişik”.

Rauf Hacıyev

Şərh əlavə et