Xəbəri Kokpitdə Oxuyun!

A.Elbon: Ferstappenlə işləmək çətindir

Williams komandasının sürücüsü Aleks Elbon bildirib ki, Maks Ferstappenlə komanda yoldaşı olmaq çətin işdir.

Kokpit.az xatırladır ki, taylandlı sürücü 2019-2020-ci illərdə Maks Ferstappenlə komanda yoldaşı olmuş və niderlandlı sürücü ilə mübarizə aparmaqda çətinlik çəkmişdi.

Aleks Elbon: “Əvvəlcə Maksın istedadını təqdir etmək lazımdır. Daha əvvəl bir neçə dəfə demişdim – o maşını sürmək heç də rahat deyil. Məncə, Maksın sürüş tərzi fərqlidir və digər sürücülər buna uyğunlaşmaqda çətinlik çəkir.

Göz önündə olmağın və onunla eyni qarajı paylaşmağın nəticəsi budur. Məncə, Maksla komanda yoldaşı olmaq heç kəs üçün asan olmayacaq.

2024-cü ilin əvvəlində Peresin performansına baxsanız, bolid onun üçün daha balanslı idi. İlk yarışlarda yaxşı nəticələr göstərdi. İlk beşliyə düşürdü, podiuma çıxırdı və mübarizə aparırdı. Maks isə özünü daha yaxşı hiss etməyə başladı.

Bəlkə Maks belə maşına tam olaraq öyrəşə bilməmişdi, amma onu sürə bilirdi. Peres isə daha çox çətinlik çəkirdi. Maksın öz sürüş tərzi var və komanda ona bu rahatlığı verir. Belə olan halda komanda yoldaşlarının işi çətinləşir”.

Rauf Hacıyev

Şərh əlavə et