Derek yeni vəzifəsinə fevralən 1-dən başlayacaq və Qreqin ayrılığından sonra bu vəzifəni müvəqqəti icra edən Con Malonedən işləri təhvil alacaq. Malone, Çanq və Dob Bennett ilə yanaşı, yaxın vaxtlarda idarə heyətinə geri dönən Çeyz Keri icra komitəsini təşkil edəcəklər.
Con Malone: “Derekin Liberty Media-nın rəhbəri olmasından məmnunam. Həm əməliyyatlar, həm də investisiyalar rollarındakı təcrübəsi və Liberty ilə yaxınlığı onu ideal liderə çevirir. 25 ildən çoxdur ki, birlikdə işləyirik, onun liderlik tərzindən, təcrübəsindən və qlobal baxı bucağından həmişə təsirlənmişəm. Onu və idarə heyətini dəstəkləməyi səbrsizliklə gözləyirəm”.
Derek Çanq: TCİ və DİRECTV-də işləyərkən, Starz və Liberty-nin idarə heyəti üzvü olarkən Con Malone və şirkətin komandası ilə uzun illər birlikdə çalışmaq fürsəti əldə etmişəm. Onların işlərini və nailiyyətlərini hər zaman yüksək qiymətləndirmişəm. Bu dəqiqə əsas vəzifələrimizdən biri F1 və MotoGP kimi layihələrdə böyüməyə çalışmaqdır”.
Şərh əlavə et