Kokpit.az xatırladır ki, argentinalı sürücü keçən mövsüm Loqan Sarcentin yerinə Williams komandasına gəlmiş və 9 yarışda 5 xal toplayaraq, diqqətləri üzərinə cəlb etmişdi. O, saf sürətinə görə də hamını təəccübləndirib.
İddialara görə Alpine komandası onu ehtiyat sürücü kimi transfer etmək üçün Williams-a 20 milyon avro transfer pulu verib.
Franko hazırda Alpine komandasının ehtiyat sürücüsü olsa da, iddialara görə 2025-ci ilin ilk 5 yarışından sonra Cek Duhəni əvəzləyəcək.
Flavio Briatore: “Franko Kolapintonun transferində Williams ilə razılaşdığımız üçün çox sevincliyik. Franko hazırda avtoidmandakı ən yaxşı gənc istedadlardan biridir.
Keçən il Formula 1 peletonunda olması məm daxil olmaqla çox adamı təəccübləndirdi. Amma göstərdiyi performans bir debütanta görə çox yaxşı idi.
Gələcəyimizi düşünərək hərəkət edirik və onun transferi ilə əlimizdə güclü sürücü heyəti olacaq. Bu heyət ilə komandanı təkmilləşdirəcəyik və gələcəkdə uğurlar qazanmaq üçün sağlam təməllər atacağıq”.
Bu açıqlamalar göstərir ki, Alpine komandasının Franko Kolapintodan gözləntiləri böyükdür.
Şərh əlavə et