Kokpit.az bildirir ki, dəyişikliklərdən sonra Əndi Kovell həm komandanın idarə heyətinin rəhbəri həm də komanda rəhbəri vəzifələrini tutacaq.
Komandanın aerodinamika, mühəndislik və performans şöbələri ən yaxşı yarış performansını təmin etmək üçün ayrı-ayrılıqda şöbə olacaqlar. Bu şöbələr həm trasdan kənarda, həm də AMR Texnologiya Düşərgəsində fəaliyyət göstərəcək və Əndi Kovellə tabeliyində olacaq.
Əvvəlki komanda rəhbəri Mayk Krak isə tras əməliyyatlarından məsul olacaq və trasda boliddən ən yaxşı performansı almaq üçün işləyəcək. Qeyd edə ki, Mayk 2022-ci ildə Aston Martin-ə komanda rəhbəri kimi gəlmişdi.
AMR Texnologiya Düşərgəsindəki işçi heyətinə isə yeni texniki direktor Enriko Kardile başçılıq edəcək. Bununla da bu kollektiv daha güclü maşın hazırlamaq üçün var qüvvələri ilə işləyəcək. Kardile yeni nəsil Formula 1 maşınlarının düzəldilməsinə nəzarət edəcək.
Tom MakKalluf bu qrupdakı liderliyini qoruyacaq və komandanın daha çox yarış seriyalarında çalışmasında vacib rol oynayacaq. O, komanda ilə 11 il keçirib və trasdan kənarda çox işlər görüb. MakKalluf 2023-cü ildə 9 podiumun qazanılmasnda vacib rol oynamışdı.
Aston Martin-in İdarə Heyətinin Rəhbəri və yeni komanda rəhbəri Əndi Kovell bu barədə belə danışıb: “Son üç ayı performansımızı anlamaqla və dəyərləndirməklə keçirdim. Bu komandanın işinə köklənməsi, sədaqəti və çox işləməsi mənə çox təsir etdi.
AMR Texnologiya Düşərgəsinin tamamlanması və 2026-cı ildə Honda və Aramco ilə strateji tərəfdaşlığımızla baza komandası olmağımızla çempionluq uğrunda mübarizə apara bilərik.
Bu dəyişikliklər çoxillik planlarımızın təbii inqilabıdır. Mən də gələcək üçün çox həyəcanlıyam”.
Şərh əlavə et