Kokpit.az xatırladır ki, argentinalı sürücü keçən ilin İtaliya yarışında Williams komandası ilə debüt etmiş və doqquz yarışsa 5 xal qazanmışdı.
Alpine komandası isə Frankonu çox qarışıq məqamda transfer edib. Fransızların yeni sürücüsü Cek Duhənin performansı rəhbərliyi razı sala bilmir. Buna görə də əksəriyyət düşünür ki, avstraliyalı sürücü mövsümün ortasında yerini itirə bilər. Ceki isə Franko Kolapintonun əvəzləyəcəyi ehtimal olunur.
Franko keçən ilin sonunda Red Bull ilə danışıqlar aparsa da, sonda uğursuz olmuşdu. Lakin o, indi Alpine üçün əsas namizədlərdən biridir.
Cek Duhənin müqaviləsinin qısamüddətli olması güman edilir. Belə olan halda Franko onun yerinə alternativ sayıla bilər. Əgər Duhən ilk yarışlarda yaxşı performans göstərməsə, yerini itirə bilər.
Alpine-nin verdiyi açıqlamaya görə Kolapinto çoxillik müqavilə ilə komandaya qatılıb. Argentinalı sürücü Alpine-nin rəsmi test və ehtiyat pilotu olacaq.
Alpine komandasını məsləhətçisi Flavio Briatore: “Kolapintonun transferi üçün Williams komandası ilə razılaşdıq və buna görə çox sevincliyik”.
Yeni müqaviləyə görə Williams ilə Kolapinto arasında heç bir əlaqə qalmayıb.
Alpine komandası isə Kolapintodan əvvəl Pol Aron ilə müqavilə bağlamışdı. Pol Formula 2-dəki ilk mövsümündə üçüncü yeri tutmuşdu.
Bundan başqa fransızlar Rio Hirakavanı da ehtiyat sürücü kimi heyətinə qatıb.
Şərh əlavə et