Kokpit.az bildirir ki, Alpine komandası bu gün verdiyi açıqlamada bildirib ki, Rio Hirakavanı test və ehtiyat sürücüsü kimi transfer edib.
Yaponiyalı sürücü komandanın simulyatorunda işləyəcək və əvvəlki illərin Formula 1 maşınları ilə testlər edəcək. Müqaviləyə görə Rio 2025-ci il mövsümünün üçüncü mərhələsi olan Yaponiya Qran Prisinin birinci sərbəst yürüşlərində sükan arxasına keçəcək.
Rio Hirakava: “2025-ci il mövsümündə Alpine komandasının test və ehtiyat sürücüsü olacağam və bu mənim üçün böyük şərəfdir. Formula 1 maşınlarını trasda sürmək hər yarış pilotu üçün ən yüksək səviyyədir.
Yaponiya Qran Prisində öz publikamın önündə trasa çıxmaq və köhnə bolidləri test etmək məni çox həyəcanlandırır. İşinə bu cür köklənmiş komanda ilə işləmək və əsas sürücülərin təcrübələrindən faydalanmaq əla fürsət olacaq. 2025-ci il mövsümünü Alpine üçün daha yaxşı etmək üçün əlimdən gələnin ən yaxşısını edəcəyəm”.
Qeyd edək ki, Rio Hirakava 2022-ci ildə Toyota ilə 24 saatlıq Le Man Marafonunu qazanıb və iki dəfə Dünya Dözümlülük Çempionatının qalibi olub.
Yaponiyalı pilot 2024-cü ildə Əbu Dabidəki mövsümsonu təkər testlərində McLaren ilə trasa çıxıb.
Şərh əlavə et