Kokpit.az bildirir ki, Aston Martin komandası dünyanın qabaqcıl enerji səmərəliliyi və yüksək performanslı informatika texnologiyaları şirkətlərindən olan Arm ilə çoxillik müqavilə bağlayıb. Bu müqavilədən sonra Arm şirkəti Aston Martin-in rəsmi sponsoru və tərəfdaşı olacaq.
Arm-ın sahib olduğu bütün bu üstünlüklərdən Aston Martin komandası bu il istifadə etməyə başlayacaq. Şirkətin loqotipləri yeni mövsümdə Aston Martin-in arxa qanadında, bolidin üzərində və F1 Akademiyasındakı yarış kombinezonlarında olacaq.
Aston Martin-in İdarə Heyətinin Rəhbəri Endi Kovell: “Arm ilə müqavilı bağladıq və Aston Martin üçüb həyəcanlı bir dövr başlayır. Arm-ın informatika və süni intelektdəki mütəxəssisliyi hesabına komanda mühəndislik yeniliklərini daha tez təkmilləşdirərək, trasda yaxşı performans göstərəcək”.
Şərh əlavə et