Kokpit.az bildirir ki, Spa trası Formula 1-in tarixi traslarından biri olsa da, son illərdə təqvimdən çıxarılacağı ilə bağlı söz-söhbətlər var idi.
Son olaraq Belçika yarışının başqa bir yarışla növbəli şəkildə keçiriləcəyi deyilirdi. Bu gün isə Formula 1 rəhbərliyi bildirib ki, Belçika ilə yeni müqavilə bağıayıb və bu, əvvəlki müqavilələrdən fərqlidir.
Yeni müqaviləyə görə Belçika Qran Prisi 2026, 2027, 2029 və 2031-ci illərdə Formula 1-i qəbul edəcək. 2028 və 2030-cu illərdə isə Spa-da yarış keçirilməyəcək. Formula 1 bu iki ildə Belçikanın əvəzinə başqa ölkəni növbəli olaraq təqvimə salacaq. Bu ölkənin adı daha sonra açıqlanacaq.
Qeyd edək ki, Belçika 1983-cü ildə təqvimə qayıtdıqdan sonra 1984, 2003 və 2006-cı illərdə təqvimdə olmayıb. Beləliklə yeni müqavilə ilə Spa trası 2028-ci ildə 2003-cü ildən sonra təqvimdə olmayacaq.
Beləliklə bundan sonra 2026-cı il üçün müqaviləsi olmayan iki tras qalır – İmola və Mexico City
Şərh əlavə et