Xəbəri Kokpitdə Oxuyun!

TAG Heuer F1-in rəsmi xronometrajçısı olub

Bu ildən etibarən İsveçrənin məşhur premium saat istehsalçısı Formula 1 ilə uzunmüddətli əməkdaşlığa başlayır.

Əslində Tag Heuer-in çempionatla yolu yarım əsrdən də çox əvvəl kəsişib – 70-ci illərin əvvəllərində şirkət öz sahəsində Formula 1 komandası ilə sponsorluq müqaviləsi imzalayan ilk şirkət kimi tarixə düşüb və Heuer loqoları Ferrari avtomobillərində peyda olub.

1985-ci ildə isə McLaren ilə üç onillik boyunca davam edən uzun və uğurlu əməkdaşlıq başlayıb və 2016-cı ildə TAG Heuer Red Bull Racing-in tərəfdaşı olub. İndi Formula 1 ilə əməkdaşlıq yeni səviyyəyə çatır.

Stefano Domenikali: “Formula 1-in Rəsmi xronometrajçısı olmaqla idmanımızdakı uzun tarixinin növbəti mərhələsinə başlayan TAG Heuer-i salamlamaqdan məmnunam. TAG Heuer innovasiyalara, dəqiqliyə və mükəmməlliyə sadiqliyinə görə bizim təbii seçimimizdir. Formula 1-in 75-ci ildönümündə ortaq irsimizə hansı yeni fəsillərin yazılacağını görmək üçün çox həyəcanlanıram”.

Elçin Zodorov

Şərh əlavə et