Xəbəri Kokpitdə Oxuyun!

Aston Martin yeni sponsorla anlaşıb

Aston Martin Aramco Formula 1 komandası ticarət firması olan Peperstone ilə sponsorluq müqaviləsi bağlayıb.

Kokpit.az bildirir ki, Peperstone şirkətinin loqotipləri Aston Martin-in builki maşınlarında olacaq.

Bundan başqa “yaşıllar” 2010-cu ildə qurulan və 160 ölkədə fəaliyyət göstərən Pepperstone-un qlobal valyuta və ticarət ortağı olduğunu açıqlayıb. Tərəflər çoxillik müqavilə bağlayıblar.

Bundan əvvəl Aston Martin-in bolidlərində onlayn broker markası AvaTrade-in loqotipləri var idi. Amma dekabr ayında AvaTrade Red Bull ilə yeni sponsorluq müqaviləsi imzalamışdı.

Aston Martin-in kommersiya direkroru Cefferson Slek yeni tərəfdaşlıq barədə belə danışıb: “Pepperstone-u Aston Martin Aramco komandasına və avtoidman dünyasına dəvət etdiyimiz üçün çox sevincliyik.

Bu tərəfdaşlıq limitləri sona qədər istifadə etmək və mükəmməlliyi yenidən təqdim etməkdə qərarlığımızı əks etdirir və bizə bənzərsiz fürsətlər yaradır. Çox vacib olan qlobal bazarlarda effektiv olmaq üçün Pepperstone ilə tərəfdaşlığı səbirsizliklə gözləyirik.”

Rauf Hacıyev

Şərh əlavə et