Kokpit.az xatırladır ki, 2024-cü il mövsümü Red Bull və Maks Ferstappenin üstünlüyü ilə başlamışdı. Niderlandlı sürücü bu müddət ərzində 10 yarışdan 7-ni qazanmışdı.
Lakin sonradan gözlənilmədən McLaren sürətlənmişdi. Mayami Qran Prisinə gətirilən yeniliklər hesabına Lando Norris qalib gəlmiş və “narıncılar” öz iddialarını ortaya qoymuşdular. Sonrakı yarışlarda daha da sürətlənən McLaren mövsümü Mühəndislər Kubokunu qazanaraq bağlayıb.
Devid Kulthard: “McLaren öz zaman cizgisindən çox öndədir və bu da onları xüsusi edir. 2024-cü il mövsümünə başlayanda çempionluq iddiaları yox idi. Bir neçə yarışdan sonra isə sürətlənməyə başladılar.
Sürətlərini göstərə bilirlər. Yenilikləri yaxşı işləyir. Bu sürücülər bir yerdə yaxşı işləyirlər. Bu templərinin hesabıma çempionluğu qazandılar. Artıq 2025-ci il mövsümünə favorit kimi başlamağa hazırdırlar”.
Şərh əlavə et