Kokpit.az bildirir ki, Ferrari komandası 2025-ci il bolidini fevralın 19-da təqdim edəcək. Bundan sonra Lyuis Həmilton üçün gərgin proqram başlayacaq. Əvvəlcə çəkiliş günü olacaq. Daha sonra isə Bəhreydə Ferrari ilə üçgünlük rəsmi testə çıxacaq.
Bu gərgin proqramdan əvvəl Maranellodakı mühəndislər hava şəraitindən asılı olaraq test proqramı hazırlayıblar. Həmilton Ferrari ilə ilk testinə 20 ya da 21 yanvarda Fyorano trasında çıxacaq. O bu testdə “qırmızılar”ın ya 2022 ya da 2023-cü il maşınınə sürəcək.
Fyoranodakı testlərdən sonra yeddiqat Dünya Çempionu yanvar ayının sonunda Barselona trasında sükan arxasına keçəcək. Burada daha yaxşı hava şəraitinə ümid edilir.
Ferrari bu testlər üçün ən az dördgünlük zaman ayırıb. Bunun səbəbi pis hava şəraitinə görə tarixləri dəyişdirə bilməkdir.
Bu testlərin əsas səbəbi Lyuis Həmiltonun Ferrari komandasına daha tez öyrəşməsini təmin etməkdir. Yeni reqlamentə görə testlərə ən yaxşı halda iki il əvvəlki maşınla qatılmaq olar.
Şərh əlavə et