Kokpit.az xatırladır ki, gənc sürücü bu il Mercedes komandasında Corc Rassellin komanda yoldaşı olacaq. İtalyan sürücü ilk yarışdan əvvəl hazırlaşmaq üçün test proqramlarını uğurla keçib.
Bolonyada doğulmuş pilot keçən il Formula 2-dəki debüt mövsümündə bəzən çətin anlar yaşasa da, Mercedes komandası ilə testlər edərək təcrübə qazanıb.
Antonelli bu testlərlə həm bolidə öyrəşib, həm də yarış tempimi təkmilləşdirib. Auto Motor und Sport-un verdiyi xəbərə görə italyan sürücü 9 min kilometrdən çox test məsafəsi qət edib. Bu da təxminən 30 yarış məsafəsidir.
Mercedes Motorsport-un rəhbəri Toto Volff bu barədə belə danışıb: “Testlərdə yaxşı nəticə almışıq. Amma bu o demək deyil ki, biz yarışda da güclü olacağıq. Real yarışların dinamikası həmişə fərqli olur.
Əgər Melburnda poul qazanmasını yarışda qalib gəlməsini və birbaşa çempionluq uğrunda mübarizə aparmasını gözləyirsinizsə, bu böyük risk olar, çünki bu reallaşmayacaq.
Bu uşaq hələ təzə başlayır. Çox istedadlıdır, amma əvvəl böyüməli, öyrənməli və inkişaf etməlidir. Səhvlər edəcək, lakin bu inkişafın bir parçasıdır”.
Şərh əlavə et