Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Pəddi Lou Cadillac-da

Mercedes və Williams komandalarının sabiq texniki direktoru Pəddi Lou məsləhətçi kimi Cadillac F1 komandasına keçib.

Kokpit.az bildirir ki, Pəddi Lou 1 yanvar 2025-ci il tarixindən etibarən General Motors-dakı bu layihədə rəsmi olaraq işə başlayıb.

Pəddi Lou Linkedin hesabı üzərindən verdiyi açıqlamada Cadillac-ın ilk Formula 1 maşınını təkmilləşdirmə prosesindən danışıb: “Bu layihədə məni çox həyəcanlandıran meydan oxuma ilə qarşı-qarşıya qaldım.

Əgər 2026-cı il mövsümündən əvvəl test təqvimi Formula 1 üzrə 2014-cü ildəki kimi eynu olsa, ilk maşınımızın trasa çıxmasına 400 gündən az vaxt qalır”.

Cadillac Formula 1-də sıfırdan komanda qurur. Buna görə də Silverstoundakı bazada gərgin iş gedir. Lou açıqlamasında bu proses barədə belə danışıb: “Formula 1-də yeni maşın təkmilləşdirmək çox qarışıq məsələdir. Ancaq reqlamentdən də çox şey asılıdır.

Proqramlar qurulub, strategiyalar müəyyən olunub və hazırda komandamızda təkmilləşdirmə üzərində işləyən mühəndislər var”.

Lou qeyd edib ki, bazanın qurulması və keyfiyyət standartlarının təmin olunması bu proses ərzində çox vacibdir. Eyni zamanda əlavə edib ki, sıfırdan komanda qurmağın həm çətinlikləri, həm də fürsətləri var: “Biz hazırda doğrudan da təmiz bir səgifədən başlayırıq. Ancaq bu hal çətinliklərdən çox fürsətlər yaradır. Hər detalı əvvəldən planlaşdırmaq və bütün xüsusiyyətlərə xırdalıqlarına qədər nəzarət etmək bizim üçün böyük üstünlükdür”.

Rauf Hacıyev

Şərh əlavə et