Xəbəri Kokpitdə Oxuyun!

Həmiltonun yarış mühəndisi məlumdur

Lyuis Həmiltonun yeni komandası Ferrari-də yarış mühəndisi məlum olub. Bu daha əvvəl Sebastyan Fettel və Karlos Saynsla işləmiş Rikkardo Adami olacaq.

Kokpit.az xatırladır ki, yeddiqat Dünya Çempionu bu ildən etibarən qırmızı kombinezonları geyinərək Ferrari-nin şərəfini qoruyacaq.

Britaniyalı pilotun Mercedes komandasındakı yarış mühəndisi Piter Bonninqton Ferrari-nin bütün səylərinə baxmayaraq, Mercedes komandasında qalıb və o bu ildən etibarən yeni vəzifəyə keçəcək. Buna görə də Lyuis Həmilton Ferrari-də yeni yarış mühəndisi ilə işləməli olacaq.

İtaliyanın idman qəzeti olan La Gazzetta dello Sport Həmiltonun Ferrari-dəki yeni yarış mühəndisinin kimliyini təsdiqləyib. Bu daha əvvəl Sebastyan Fettel və Karlos Sayns ilə işləmiş Rikkardo Adamidir.

Bundan başqa 40 yaşlı pilot Ferrari tərəfindən təyin olunmuş xüsusi yarış komandası ilə işləyəcək. Bu komandada məşqçilər, fotoqraflar, mühafizəçilər və Formula 1-dən kənarda işlərini aparacaq ən az bir işçi olacaq.

Rauf Hacıyev

Şərh əlavə et