Xəbəri Kokpitdə Oxuyun!

M.Brandl Krallıq tərəfindən mükafatlandırılıb

Sabiq Formula 1 pilotu Martin Brandl 2025-ci ilin Yeni İl Şərəf Siyahısında Birlışmiş Krallıq tərəfinfən Şərəf Nişanəsi ilə (OBE) mükafatlandırılıb.

Kokpit.az bildirir ki, SKY F1-in məşhur şərhçisu Martin Brandl avtoidmana və idmanın yayımına verdiyi qatqılara görə Krallığın Şərəf Nişanəsi ilə mükafatlandırılıb.

Britaniyalı sürücü Formula 1 karyerası ərzində 158 yarışda iştirak edib. Daha sonra isə İTV, BBC və Sky kimi böyük platformalarda Formula 1 şərhçisi və təhlilçisi kimi işləyib. O, bu sahədə bir neçə mükafat qazanıb.

Brandl yarışdan əvvəl spontan reportajları ilə seçilir və azarkeşlərə bənzərsiz kontent təqdim edir.

Martinin bu mükafatı alması Formula 1 və avtoidman ictimaiyyətində böyük təqdirə səbəb olub. Formula 1 üzrə sabiq Dünya Çempionu Deymon Hill həmkarını bu sözlərlə təbrik edib: “King’s Lynn-in Bard-ı üçün layiqli mükafat. Danışmağın asan olduğunu düşünənlərə Martinin idmanımız üçün göstərdiyi xidmətləri təkrarlamalarını təklif edirəm. Möhtəşəm bir mövsüm keçir, Martin Brandl OBE”.

Sky-ın digər şərhçisi Karun Çandok isə bunları deyib: “O, bu idmanın bir neçə dövrünü yaşayıb və həmişə yeni xəbərləri insanlara mükəmməl formada təqdim edib. Ondan nəsə öyrənmək mənim üçün bir şərəfdir”.

Qeyd edək ki, Martin Brandlın Formula 1 karyerası 1984-cü ildə Tyrrell komandası ilə başlayıb və 1996-cı ildə Cordan-da karyerasını bitirib. O, 1988-ci ildə Jaguar ilə Dünya İdman Avtomobilləri Çempionatının qalibi olub və 1990-cı ildə 24 saatlıq Le Man Marafonunda qələbə qazanıb.

Martin Brandl hazırda Formula 1 işçilərinə dəstək verən Grand Prix Trust-ın prezidentidir.

Rauf Hacıyev

Şərh əlavə et