Kokpit.az bildirir ki, Mark Koks 2008-ci ildə McLaren komandasına keçmiş və əvvəlcə baş mexanikin köməkçisi kimi işləmişdi.
O, göstərdiyi yaxşı performansdan sonra işində yüksəlib və Lando Norrisin baş mexaniki olub. 2022-ci ilin sonunda isə o, McLaren-in Extreme E komandasına transfer edilib və burada texniki heyəti idarə edib.
Lakin britaniyalı mütəxəssis bu ildən etibarən karyerasında yeni bir səhifə açıb və Aston Martin komandasına keçib.
F1 Evo Aston Martin komandasının əvvəlki illərdəki maşınlar üzərində test aparan şöbəsidir. Bu şöbə inkişaf prosesində və texniki təhlillərdə böyük rol oynayır.
Aston Martin də komandada vakant yerləri doldurmaqla məşğuldur. Onlar daha əvvəl baş mühəndis axtardıqlarını bildirmişdilər. Bu vakant yer üçün isə başqa bir komandadan təcrübəli birinin transferi gözlənilir.
Mark Koks sosial şəbəkə hesabından McLaren-ə emosional vida edib: “McLaren-də keçirdiyim 17 il göz açıb-bağlayana qədər keçdi. Bu müddət ərzində gözəl xatirələrim oldu. Birlikdə işlədiyim adamlarla tanış olmaq mənim üçün böyük şans idi. Papaya rəngli ailəm üçün darıxacağam”.
Şərh əlavə et