Xəbəri Kokpitdə Oxuyun!

Red Bull əsas sponsorunu itirib

Sinqapurun kriptovalyuta birjası Bybit 2022-ci ilin əvvəlindən komandanın mühüm biznes tərəfdaşı idi. Son üç ildə onun komandanın iqtisadiyyatına verdiyi maliyyə töhfəsi 150 milyon dollar olaraq qiymətləndirilir.

Bu barədə Britaniya mənbələri məlumat verib. Rəsmi bəyanat olmasa da, Bybit-in loqotipi komandanın rəsmi saytından yoxa çıxıb. Bir vaxtlar tərəflər arasında sponsorluq müqaviləsi kripto biznesi ilə əlaqəli şirkətlərin iştirak etdiyi bütün beynəlxalq idman növlərinin ən böyüyü hesab olunurdu.

Müqavilənin yenilənməməsi Red Bull Racing-in 2024-cü ildə mövqeyini bir qədər itirməsi ilə əlaqədar ola bilər. Hərçənd Maks Ferstappen ardıcıl dördüncü çempionluğunu qazansa da, onun yeni komanda yoldaşı Serxio Peresi əvəz edən Liam Louson olacaq. Bu dəyişiklik nəticəsində komandadan Meksika sponsorları da uzaqlaşıb.

Red Bull-un marketinq şöbəsi komandanın büdcəsində yaranmış boşluğu doldurmaq üçün ciddi səy göstərməli olacaq. Bununla belə, mövsümün yekunlarına görə komanda Konstruktorlar Kubokunda yalnız 3-cü yeri tutduğundan, bu, yeni maşının yaradılması zamanı Red Bull Racing-ə aerodinamik boruda daha çox işləmək və CFD texnologiyalarından daha geniş istifadə etmək imkanı verəcək.

Elçin Zodorov

Şərh əlavə et