Xəbəri Kokpitdə Oxuyun!

Şumaxerlə Rəykkönen arasındakı fərq nə idi?

Formula 1 şərhçisi Devid Kulthard sabiq komanda yoldaşı Kimi Rəykkönenin nəyə görə Mixael Şumaxerdən qədər uğurlu olmadığını dəyərləndirib.

Kokpit.az bildirir ki, Devid və Kimi 2002-2004-cü illərdə McLaren komandasında birlikdə yarışmışdılar.

Sabiq Formula 1 pilotu Kulthard bildirib ki, finlandiyalı sürücünün iş intizamı zəif olduğu üçün daha çox çempionluq qazana bilməyib.

Devid Kulthard: “Kimi Formula Renault-dan Sauber-dəki test sürüşünə qədər həmişə təbii istedada sahib idi. Mucello Formula 1 maşını sürmək üçün ən çətin traslardan biridir və orada təsiredici işlər gördü.

Mixael mühəndislərinə və mexaniklərinə həm trasda, həm də bazada yön verərdi. Onlara iş tapşırardı və hamı bunun önəmini anlayardı. O hamını təkmilləşdirən yanacaq kimi idi. Kiminin istedadı yaxşı idi, ancaq eyni iş intizamı və liderlik xüsiyyətləri yox idi”.

Qeyd edək ki, Kimi Rəykkönen 2007-ci ildə Ferrari ilə Dünya Çempionu olduqdan sonra sadəcə 6 yarış qazana bilib.

Rauf Hacıyev

Şərh əlavə et