Kokpit.az xatırladır ki, Red Bull komandadı 2024-cü ildə çempionatdakı ən əsas rəqibi McLaren ilə texniki mübarizəyə girişmişdi.
Əsas müzakirələr bunlar olmuşdu: Əsnəyən ön və arxa qanadlar, Red Bull-un ön sürüş yüksəkliyi sazlayıcısı və bəzi komandaların təkərlərini soyutmaq üçün su istifadə etdiyi iddiası.
Son iddia təkərlərə rezba vasitəsilə su əlavə edilərək, istiliyin aşağı salınmasından və bununla da təkər yeyilməsinin azaldılmasından ibarət idi. Bu isə qaydaların açıq formada pozulması demək idi.
Aparılan araşdırmalardan sonra məlum olmuşdu ki, heç bir komanda bu formada qaydaları pozmayıb.
Maks Ferstappen: “Arxa planda bəzi şeylər yaşandı. Buna görə də bəzi yarışlarda heç şansımız yox idi. Bundan əminəm, amma təbii ki, heç kim bunu qəbul etməyəcək”.
Red Bull komandası bu il ən zəif performansını İtaliya yarışında göstərmişdi. “Qırmızı öküzlər” o yarışda ən sürətli dördüncü komanda idilər.
Maks Ferstappen: “O yarışdan sonra yeni detallar üçün bütün planları ləğv etdik. Demək olar ki, hər şeyə sıfırdan başladıq. Ondan əvvəl problemin harada olduğunu tam olaraq tapa bilməmişdik. Amma mən məlumatlara baxarkən bəzi qrafiklər gördüm.
Aerodinamik dəyişikliklərin, döngələrə girişdə, sükan hərəkətlərində və sürüş yüksəkliyində necə təsir göstərdiyini anladım. “Bu problemin nə olduğu məlum deyil?” dedim və haqlı idim.
Ondan sonra hara köklənməli olduğumuz məlum oldu, çünki mühəndislər yeni boliddə nəyi dəyişdirdiklərini bilirdilər”.
Şərh əlavə et