Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso: 2026 mənim üçün son şansdır

Aston Martin komandasının sürücüsü Fernando Alonso bildirib ki, 2026-cı ildəki yeni texniki reqlament onun üçün böyük fürsətdir.

Kokpit.az bildirir ki, 2026-cı ildə Formula 1-də yeni texniki reqlament olacaq. Buna görə də ispaniyalı sürücü düşünür ki, bu yeniliklər hesabına üçüncü dəfə Dünya Çempionu titulunu qazanmaq şansı var.

Fernando Alonso: “2026-cı ilin mənim üçün böyük fürsət ola bilər. Gələn il bizim üçün çətin keçəcək. Formula 1 xəyalpərəst insanlar üçündür, çünki hər an hər şey dəyişə bilər. Yeni reqlamentdən və
Ədrian Nyuidən gözləntilər böyükdür.

40 yaşı keçdikdən sonra yaxşı performans göstərmək heç də asan deyil. Amma Formula 1 karyeram ərzində çox işləməyi və intizamı heç vaxt əldən qoymadım. Nəticəsi indi görünsə də, bunun təməllərini 20 yaşlarımda atmışdım.

Formula 1 karyeram ərzində heç vaxt dominant maşınım olmadı. 2005 və 2006-cı illərdə belə ən sürətli maşın bizdə deyildi. Amma həmişə sona qədər mübarizə apardım və hələ də inanıram ki, sürətli maşınla uğurlar qazana bilərəm”.

Qeyd edək ki, gələn ilin mart ayından etibarən aerodinamikanın atası Ədrian Nyuis Aston Martin komandasında işə başlayacaq. Buna görə də “yaşıllar”ın yeni reqlamentə ümidləri böyükdür.

Xatırladaq ki, Fernando Alonso son çempionluğunu 2006-cı ildə Renault komandasında qazanıb. O, 2010, 2012 və 2013-cü illərdə isə çempionatda ikinci yeri tutub.

Rauf Hacıyev

Şərh əlavə et