Xəbəri Kokpitdə Oxuyun!

Red Bull seçimləri barədə açıqlama verib

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko nəyə görə Yuki Tsunodanı yox, Liam Lousonu seçdiklərini açıqlayıb.

Kokpit.az xatırladır ki, Yuki Tsunoda Pyer Qaslidən sonrakı bütün komanda yoldaşlarını – Nik se Vriz, Daniel Rikkardo və Liam Lousonu – geridə qoymuşdu. Buna baxmayaraq Red Bull komandası yaponiyalı sürücü yox, daha gənc və təcrübəsiz olan Liam Lousonu seçib.

Helmut Marko: “Hazırda sürət cəhətdən Tsunoda daha üstün idi. Ancaq Yuki qeyri-stabildir və davamlı səhvlər edir.

Emosional partlamaları olur və bu cəhətdən özünü təkmilləşdirsə də, tamamilə düzəlməyib. Böhran anında özünü itirir, yavaşlayır və yarışa köklənə bilmir.

Maksın yanınfa yarışan vaxt onu keçə bilməsə, emosional cəhətdən ciddi problemlər yaşaya bilər. İşlər istədiyi kimi getməsə, bu hal onun performasına təsir edəcək.

Bizim Lousonu seçməyimiz Tsunoda üçün sürpriz olmadı. Bu nəticəni gözləyirdi və buna hazır idi”.

Rauf Hacıyev

Şərh əlavə et