Xəbəri Kokpitdə Oxuyun!

Cadillac-ın da aqibəti pis olacaq?

Cadillac 2026-cı ildə Formula 1-də debüt etməyə hazırlaşır. Lakin keçmişə dönüb baxanda görürük ki, Formula 1-də qalmaq heç də asan deyil.

Kokpit.az xatırladır ki, sabiq Formula 1 və İndyCar sürücüsü Maykl Andretti General Motors və Cadillac ortaqlığı ilə yeni Formula 1 komandası layihəsi başlatmışdı. Ancaq Andretti bir müddət əvvəl komandadakı vəzifəsindən ayrılmış və onu hazırkı komanda rəhbəri Den Touriss əvəz etmişdi.

Cadillac gələn il Formula 1-ə 11-ci komanda kimi daxil və Ferrari motorundan istifadə edəcək. 2028-ci ildən etibarən isə öz mühərriklləri ilə yarışacaqlar.!

Ancaq ststistika yeni komandalar üçün qorxulu görünür. Son 30 ildə Formula 1-ə daxil olan 11 yeni komandadan sadəcə ikisi indiki peletondadır. Bu da Cadillac kimi yeni komandalar üçün bir az qorxuludur.

Simtek (1994-1995)

Britaniyalı mühəndis Nik Virz üçüncü dəfə Formula 1-ə gəlmək istəmişdi. Ancaq 1994-cü ilin İmola yarışıbda Roland Ratzenberger qəza edərək dünyasını dəyişmiş və bu da komandaya pis təsir etmişdi. Simtek 1995-ci ilin beşinci yarışına qədər yarışa bildi və daha sonra fəaliyyətini dayandırdı.

Pacific (1994-1995)

Keyt Viqqinsin komandası aşağı seriyalarda yaxşı uğurlar qazanmışdı. Amma Formula 1-də işlər qaydasında getməmişdi. Bolidin dizaynı zəif idi və komanda heç bir yarışda xal almayaraq 1995-ci ildə bağlanmışdı.

Forti (1995-1996)

İtalyan komandası Formula 3 və Formula 3000-də uğurlu olduqdan sonra Formula 1-də mübarizə aparmaq qərarına gəlmişdi. Lakin onlar avtoidmanın zirvəsində cəmi ilyarım yarışa bilmişdilər. İtalyan təmsilçisi maliyyə böhranına görə iflas etmiş və bağlanmışdı.

Lola (1997)

Məşhur yarış maşınları istehsalçısı olan Lola köhnə texnologiya və pis maliyyə planı ilə Formula 1-ə gəlmiş və idmandakı ikinci yarışlarından sonra seriyadan çəkilmişdilər.

Stewart Grand Prix (1997-1999)

Şotlandiyalı Formula 1 əfsanəsi Ceki Stüartın komandası son illərdə idmana girən ən uğurlu kollektivlərdən biri idi. Hətta 1999-cu ilin Nurburqrinq yarışında Conni Herbert yarış da qazanmışdı.

Stüart daha sonra komandasını Ford-a satsa da, Jaguar ilə münasibətlər çox pis idi. Jaguar Racing 2000-2004-cü illərdə cəmi 49 xal toplaya bilmiş və iki dəfə podiuma çıxmışdılar.

2005-ci ildə komandanı Ditrix Mateşiç almış və Red Bull Racing adı ilə idmanın tarixinə keçmişdi.

Toyota (2002-2009)

Toyota komandası Formula 1-ə böyük büdcə ilə gəlmişdi və onlara olan ümidlər böyük idi.

Ancaq yaponlar 139 yarışda sadəcə 3 poul və 13 podium qazanmışdı. Gözlənilən qələbə gəlməyəndən sonra Toyota maliyyə böhranına görə idmandan çəkilmişdi.

Super Aguri (2006-2008)

Komanda sabiq Formula 1 pilotu Aquri Suzuki tərəfindən qurulmuş və Honda-nın bir layihəsi idi. Onlar 3 mövsüm ərzində mübarizə aparsalar da, sadəcə 4 xal toplaya bilmildilər.

Lotus-Caterham (2010-2014)

Komandanı AirAsia şirkətinin sahibi Toni Fernandes qurmuşdu. Onlar əfsanəvi Lotus adı ilə Formula 1-ə gəlmişdilər. Daha sonra komandanın adı Caterham olaraq dəyişmişdi. Lakin maliyyə problemləri və komandanın zəif performansına görə 2014-cü ildə idmandan çəkilmişdilər.

Virgin Racing (2010-2016)

Komandanı iş adamı Riçard Brenson qurmuş və Virgin adı ilə Formula 1-ə addım atmışdı. Lakin komandanın adı bir ildən sonra Marussia olaraq dəyişdirilmişdi, çünki böyük bir hissəsi Marussia Motors tərəfindən satın alınmışdı.

Daha sonra komandanın adı yenə dəyişdirilmiş və Manor Racing olmuşdu. Lakin maliyyə böhranına görə 2016-cı ilin sonunda komanda bağlanmışdı.

HRT (2010-2012)

Hispania Racing Team komandası Formula 1-də üç mövsüm yarışsa da, sonda xal ala bilməyərək bağlanmışdı.

Haas (2016 – )

Cin Haasın komandası 8 ildir ki, peletondadır. Onlar bu müddət ərzindən 249 xal və 1 poul, 2 sürətli dövrə əldə ediblər. Amerika komandasının ən böyük uğuru isə 2018-ci ildəki beşincilikdir.

Bəs gələn il Formula 1-də debüt etməyə hazırlaşan Cadillac-ın aqibəti necə olacaq? Bunu zamanla görəcəyik.

Rauf Hacıyev

Şərh əlavə et