Kokpit.az xatırladır ki, General Motors-un dəstəyini arxasına alan Cadillac 2026-cı ildə Formula 1-də debüt etməyə hazırlaşır.
Amerikan komandası ən az bir amerikalı pilotla yarışmaq istəyir. Bu yer üçün ən ideal namizəd isə Kolton Hertadır. Digər yer üçün isə çox sürücünün adı keçir. Bu sürücülərin arasına Mik Şumaxer də qatılıb.
Mario Andretti: “Bütün alternativləri dəyərləndiririk. Təcrübəli pilotla amerikan pilotu komanda yoldaşı etmək daha məntiqlidir. Amerikan sürücü böyük ehtimalla Kolton Herta olacaq. Ancaq nə olacağını əvvəldən heç vaxt bilmək mümkün deyil. Ağlınıza gəlməyən bir pilot birdən-birə ən ideal namizəd ola bilər”.
Qeyd edək ki, Mik Şumaxer 2021-2022-ci illərdə Haas komandası ilə yarışmış sonra isə Formula 1-ə qayıtmaq üçün yer tapa bilməmişdi. Buna görə də Cadillac almaniyalı sürücünün uzun müddət gözlədiyi fürsət ola bilər.
Cadillac ilə idmana qayıtmaqla o həm tənqidçiləri susdura bilər, həm də Şumaxer soyadını zirvəyə qaytarmaq üçün yaxşı şans olar.
Şərh əlavə et