Kokpit.az bildirir ki, Yamaha və Pramac komandaları motosikletlərini 31 yanvar 2025-ci il tarixində Malaziyanın Kuala Lumpur şəhərində xüsusi bir tədbirlə təqdim edəcəklər.
Yamaha-nın açıqlamasına görə bu tədbirdə Monster Energy Yamaha komandasının yeni dizaynı, Prima Pramac Yamaha-nın isə MotoGP və Moto2 motosikletləri təqdim ediləcək.
Bu təqdimat Yamaha üçün çox vacibdir. Marka 2022-ci ildən sonra ilk dəfə peyk komandası ilə işləyəcək. Onlar son illərdə performans cəhətdən geri qalırlar. Peyk komandasının hesabına daha çox məlumat toplaya biləcəklər.
Baza komandasının sürücüləri Fabio Kuartararo və Aleks Rins yarışacaqlar. Pramac komandasında isə Cek Miller və Milgel Oliveyra çıxış edəcəklər.
Yamaha-nın test sürücüləri Avqusto Fernandes və Kel Kratçlov bəzi yarışlarda xüsusi icazə ilə mübarizə aparacaqlar. Yeni quruluşun hesabına Yamaha peletondakı M1 motosikletinin sayını artırmağı və performans fərqini azaltmağı hədəfləyir. Buna görə də 2025-ci il mövsümü Yamaha üçün vacib olacaq.
Şərh əlavə et