Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton ən tərzli kişidir

Xüsusi geyim tərzi ilə seçilən Lyuis Həmilton “Ən Tərzli Kişi” seçilib.

Kokpit.az bildirir ki, dünyaca məhşur GQ jurnalı dəb, iş dünyası və idman kimi sahələrdə kontent hazırlayır. Jurnal keçən günlərdə “Ən Dəbli Kişi” yarışının nəticələrini açıqlayıb.

Finala iki nəfər qalıb – Avstraliyalı aktyor Yakob Elordi və Formula 1-in əfsanəvi pilotu Lyuis Həmilton. Sonda bu müsabiqənin qalibi yarış karyerası ərzində 100-dən çox yarış qazanmış Lyuis Həmilton olub.

Britaniyalı sürücü bu uğuru barədə açıqlama verməyib. Ancaq sosial şəbəkədən xəbəri paylaşaraq, azarkeşlərinə təşəkkür edib. Həmilton uzun illərdir ki, təkcə yarışması ilə yox, geyim tərzi ilə də diqqətləri üzərinə cəlb edir. O, yarış karyerasını bitirdikdən sonra dəbə daha çox vaxt ayırmaq üçün böyük tədbirlərə qatılır.

Lyuis Həmilton 2025-ci ildə təşkil ediləcək dünyaca məhşur Met Gala tədbirində vacib iş görəcək. Tədbirin əsas mövzusu qaradərilu kişilərə xas şəxsiyyət əmələ gətirmək üçün geyimin və tərzin roludur. Lyuis də bu tədbirin rəhbərlərindən biri olacaq.

Rauf Hacıyev

Şərh əlavə et