Xəbəri Kokpitdə Oxuyun!

T.Volff: Antonelli bizi hirsləndirəcək

Mercedes komandasının rəhbəri Toto Volff bildirib ki, 2025-ci mövsümü Kimi Antonelli üçün heç də asan keçməyəcək.

Kokpit.az xatırladır ki, italyan sürücü gələn il Mercedes komandası ilə Formula 1-də debüt edəcək. O, “gümüşü oxlar”-ın tarixindəki ilk debütant pilot olmayacaq. 1954-cü ildə Franda Qran Prisində Karl Klaynq Mercedes içə ilk yarışına çıxmışdı.

Toto Volff: “Növbəti mövsümdə reqlament dəyişməyəcək, amma trasdan asılı olaraq güc balansı dəyişə bilər. Məncə, yarış qələbəsi üçün mübarizə aparacağıq. Əgər davamlı olarqq yarış qazansaq, çempionluq uğrunda mübarizəyə qoşula bilərik.

Corc bizim təcrübəli və lider sürücümüz olacaq. Kiminin isə öyrənəcəyi çox şey var. Bəzən göstərdiyi performansa görə saçımızı yolacağıq, bəzən də möhtəşəm performansından həzz alacağıq. 2025-ci il Kimi üçün öyrəşmə və 2026-cı ilə hazırlıq ili olacaq”.

Toto əlavə edib ki, Red Bull komandası mövsümün ilk yarışlarındakl üstünlüyünə görə Sürücülər Çempionatının qalibi olub. Mövsümün ikinci yarısında isə 4 komanda bir-birinə çox yaxın olub: “McLaren 6 yarış qazandı, Ferrari 5, biz 4, Red Bull 9 qalibiyyat aldı. Daha çox yarış qazanmaq istəsək də, bu asan deyil. Yarış qələbələri üçün mübarizə aparmalıyıq”.

Rauf Hacıyev

Şərh əlavə et