Kokpit.az xatırladır ki, Yaponiya təmsilçisi 2022-ci ilin sonunda idmandan getmişdi. Lakin onlar son yarışlarına qədər rəqabətədavamlı idilər. Xoan Mir 2020-ci ildə Dünya Çempionu olmuş, Aleks Rins isə komandanın 2022-ci ildə MotoGP-dəki son yarışı olan Valensiyada qalib gəlmişdi.
Suzuki-nin MotoGP-dən ayrılmasından iki il keçsə də şirkətin prezidenti Toşihiro Suzuki bildirib ki, onlar idmana qayıtmağı düşünürlər. Lakin o əlavə edib ki, onları üçün əsas yol motosikletlərinin inkişafıdır. Bunu etdikdən sonra avtoidman proqramına razılıq verə bilərlər.
Toşihiro Suzuki: “MotoGP-də qələbələr qazanmaq, əlbəttə, bizim üçün çox vacib idi. Ancaq bütün motosiklet həvəslarları üçün əskiksiz və müxtəlif model seçiminə sahib deyiliksə, bunun bizə faydası yoxdur. Hazırda olduğumuz vəziyyət bundan ibarətdir.
Hazırda bütün sürücüləri razı salacaq məhsul seçimini təqdim etməliyik. Bu çox vacibdir. Hər şey qaydasında olsa, yarışlara geri qayıdacağıq və yenidən qələbələr qazanacağıq”.
Suzuki idmandan gedəndən sonra Dorna yeni istehsalçıları idmana cəlb etməkdə çətinlik çəkib. Buna görə də Suzuki-nin idmana olan marağı yaxşı haldır, ancaq onların qayıdışı yaxın zamanda mümkün görünmür.
MotoGP 2027-ci ildə həm şassi, həm də motor reqlamentində yeniliklər edəcək. Buna görə də yeni gələcək istehsalçının rəqabətədavamlı paket düzəltməsi üçün vaxtı az olacaq.
Suzuki 2022-ci ilin sonunda idmandan gedib və idmana yenidən qayıtsalar, hər şeyə sıfırdan başlamalı olacaqlar. Bundan başqa bəzi iddialara görə Suzuki MotoGP-dəki əvvəlki proqramlarını BMW-yə satıb.
Başqa bir əngəl də var – hazırkı istehsalçılar seriyada qamağa davam etsələr, peletonda yer tapmaq çətin olacaq. Dorna açıq formada bildirib ki, onlar seriyada 22 sürücü istəyirlər. Bu da o deməkdir ki, gəlmək istəyən istehsalçı gücünü peyk komandalarından biri ilə birləşdirməlidir.
Şərh əlavə et