Kokpit.az xatırladır ki, Ferrari 2025-ci il bolidini fevralın 19-da təqdim edəcək. “Qırmızılar” yeni bolidlərində tamamilə fərqli konseptdən istifadə edəcəklər.
Frederik Vassyör: “Bu il komandanın yanaşması çox yaxşı idi. İyul ayında çətinliklərlə qarşılaşdığımız zaman bütün komanda əla reaksiya göstərdi. Heç vaxt şəxsləri ya da şöbələri günahkar elan etmədik. Əksinə bir yerdə işləyərək problemləri həll etməyə çalışdıq.
Təbii ki, heç problem yaşamamaq daha yaxşı olardı. Amma komandanın göstərdiyi bu reaksiya gələcəkdəki çempionluqdan xəbər verirdi.
İyun və iyul aylarında çətinlik çəkərkən göstərdiyimiz reaksiyadan qürur duydum. Budapeştdəki və Spadakı yarışlarda tempimiz yaxşı idi. Belə reaksiyalar növbəti mövsüm üçün çox vacib olacaq.
Bəzən yeniliklərdə risk alırsınız və belə hadisələr hamının başına gəlir. Ancaq belə hallarda verdiyiniz reaksiya çox vacibdir”.
Frederik Vassyör bildirib ki, gələnilki maşın tamamilə yeni olacaq. Yeni boliddə şasi, kokpit, motor yerləşimi, mexanik detallar və aerodinamik hissələr tamamilə yenilənəcək: “Bu reqlament ilə dördüncü mövsümə başlayırıq. Əvvəlki layihəmizi çox yaxşı tanıyırıq. Buna görə də 2025-ci il maşını tamamilə yeni olacaq.
Yeni bolidin 99 faizi fərqli olacaq. Hazırkı maşından 1 faizini gələnilki maşına daşıyacağıq”.
2025-ci il bolidində vacib dəyişikliklər ediləcək. Ön asılqan sistemi McLaren və Red Bull-dakı kimi pull-rod tərzində yığılacaq. Buna görə altlığln aerodinamik quruluşu da tamamilə yenilənəcək.
Şərh əlavə et