Kokpit.az xatırladır ki, bir neçə gün əvvəl Ferrari komandası Karlos Sayns və atası üçün Fyoranoda xüsusi bir şou yürüşü günü təşkil etmiş və ata ilə oğul birlikdə trasa çıxaraq, Ferrari-nin 2022-ci il bolidi olan SF-75-i sürmüşdülər. Tədbirin sonunda Ferrari ispaniyalı sürücüyə karyerasının ilk yarışını qazandığı bolidi hədiyyə etmişci.
Sayns ailəsinin Ferrari-si Fyoranodan ayrıldıqdan bir neçə gün sonra Fernando Alonso və atası Ayrton Sennanın 1990-cı il yarışdığı McLaren MP4/5B bolidi iləşou yürüşü ediblər. Bolidin sahibi Zek Braun nəzakət göstərərək, Alonso ailəsinə unudulmaz anlar yaşadıb.
Formula 1-in əfsanəsi Ayrton Sennanın ikonik bolidini sürmək üçün Fernando ilə ilə atasına təklif göndərilib. Həm Fernando, həm də atası 1990-cı ildə Sennanın geyindiyi kombinezonu geyiniblər.
Formula 1 üzrə ikiqat Dünya Çempionu Fernando Alonso bildirib ki, atası ona Formula 1 karyerası boyu çox dəstək olub. Buna görə də atasına Formula 1 bolidi sürmək və bolidin gücünü yaşamaq şansı verərək, ona minnətdarlıq edib.
Fernando Alonso daha sonra bu tədbirdən olan şəkilləri öz sosial şəbəkəsində paylaşıb.
Şərh əlavə et