Xəbəri Kokpitdə Oxuyun!

T.Volff: Bottas bizə çox faydalı olacaq

Mercedes komandasının rəhbəri Toto Volff bildirib ki, Valtteri Bottas ehtiyat sürücü kimi də olsa, onlara çox şey qazandıracaq.

Kokpit.az xatırladır ki, finlandiyalı sürücü 3 ildən sonra ehtiyat sürücü kimi Mercedes komandasına qayıdıb.

“Gümüşü oxlar”ın rəhbəri Toto Volff keçmiş sürücüsünün yenidən qayıtmasından məmnun görünür: “Valltterinin evinə qayıtması gözəl oldu. Bizin komandada keçirdiyi 5 il ərzində qatqısı və təsiri inanılmaz idi. Çoxlu yarış qazanmaqla yanaşı 5 dəfə Dünya Çempionu olmağımızda rolu var idi.

Onun texniki geribildirimləri və qatqıları bu uğurları qazanmağımız və komandanı inkişaf etdirmək üçün çox vacib idi.

Sadəcə bu deyil. Həmişə yaxşı iş yoldaşı və komanda oyunçusu idi. Zarafat anlayışına görə komandadakı hər kəs onu çox istətirdi.

Bütün bu istedadları ilə çempionluq üçün yarışmağımıza, trasda həm Corc, həm də Kimini dəstəkləməyimizə kömək edəcək. Bu bizim üçün çox vacibdir”.

Rauf Hacıyev

Şərh əlavə et