Xəbəri Kokpitdə Oxuyun!

L.Louson: 8 yaşımdan bunu xəyal edirdim

Red Bull komandasına yeni transfer olunmuş Liam Louson çox xoşbəxtdir.

Kokpit.az xatırladır ki, Liam son iki mövsümdə RB komandası ilə vaxtaşırı yarışmış və göstərdiyi performansla Red Bull-da Peresi əvəz etmək üçün əsas namizədlərdən biri olmuşdu.

Sonda Red Bull komandası Serxio Peresi göndərib və onun əvəzinə yeni zelandiyalı sürücünü seçib.

Düzdür, bəziləri düşünür ki, Red Bull Liamı yox, daha təcrübəli Yuki Tsunodanı seçməli idi. Lakin Yukidən 2 yaş kiçik olan Liam növbəti mövsüm Red Bull-da məharətlərini göstərmək üçün səbirsizlənir.

Liam Louson: “Oracle Red Bull Racing komandasının sürücüsü kimi elan edilmək mənim üçün ən böyük xəyal idi. Bunu səkkiz yaşımdan bəri xəyal edirdim.

İndiyə qədər inanılmaz macəra oldu. Mənə verdikləri dəstəyə görə VCARB komandasına çox təşəkkür edirəm.

Son 6 yarış növbəti addıma hazırlaşmaq üçün çox böyük rol oynadı. Bundan başqa Kristian, Helmut və bütün Red Bull ailəsinə mənə inandıqları və mənə bu fürsəti verdikləri üçün təşəkkür edirəm. Maks ilə bir yerdə işləyəcəyik. Bir Dünya Çempionundan çox şey öyrənə bilərəm və bu məni çox həyəcanlandırır. Onun işlərindən çox şey öyrənəcəyimə əminəm. İşə başlamaq üçün səbirsizlənirəm”.

Rauf Hacıyev

Şərh əlavə et