Kokpit.az xatırladır ki, Red Bull komandası Serxio Pereslə yolları ayırıb, onun əvəzinə Liam Lousonu transfer edib.
Kristian Horner bildirib ki, Liam keçən mövsüm özünü yaxşı tərəfdən göstərib və ona təriflər yağdırıb: “Liam Cash App Racing Bull komandasında çıxış edərkən yalnız yaxşı nəticələr qazanmaqla fərqlənmədi. Həm də əsl yarışçı olduğunu sübut etdi. Ən güclülərlə mübarizə aparmaqdan qorxmur və həmişə zirvədə qala bilir.
Onun gəlişi Red Bull Sürücü Akademiyasından gələnlərə şans vermək ənənəmizi davam etdirir. O da Sebastyan Fettel və Maks Ferstappen kimi yarış qazanan sürücülərin izindən gedir.
Maks kimi dördqat Dünya Çempionu və şübhəsiz Formula 1 tarixinin ən böyük pilotlarından biri ilə komanda yoldaşı olmaq çox göz qorxuducudur. Ancaq əminəm ki, Louson bu çətinliyi dəf edə biləcək və möhtəşəm nəticələr əldə edəcək”.
Qeyd edək ki, RB komandasında Liam Lousonu kimin əvəz edəcəyi hələ məlum deyil. Böyük ehtimalla bu vakant yerin sahibi Red Bull Sürücü Akademiyasının sürücüsü Ayzek Həcər olacaq.
Şərh əlavə et