Xəbəri Kokpitdə Oxuyun!

A.Həcər: Bu mənim üçün böyük addımdır

Gələn il RB komandası ilə debüt etməyə hazırlaşan Ayzek Həcər çox həyəcanlıdır.

Kokpit.az xatırladır ki, RB komandası gələn il Liam Lousonun əvəzinə Red Bull Sürücü Akademiyasının yetirməsi olan Ayzek Həcəri transfer edib. Gənc fransalı pilot növbəti mövsüm Yuki Tsunodanın komanda yoldaşı olacaq.

2024-cü ildə Formula 2 çempionatını ikinci yersə bitirən Ayzek Həcər bildirib ki, bu onun ən böyük xəyalı olub və Formula 1-də yarışmaq həm onun üçün həm də ailəsi üçün çox vacibdir: “VCARB ilə yeni roluma addım atacağım üçün çox həyəcanlıyam. Bu həm mənim, həm də ailəm üçün çox böyük addımdır. Kartinqdən tək oturacaqlı seriyalara və Formula 1-ə qədər olan bu uzun yolda bunun üçün işlədim. Bu bir xəyal idi.

Öyrənmək qrafikası çətin olsa da, çox işləyəcəyəm və komanda üçün əlimdən gələnin ən yaxşısını edəcəyəm. Bunun üçün hazıram.

Yuki Tsunodadan həmişə nümunə götürmüşəm. O da mənim kimi Red Bull Sürücü Akademiyasından gəlib və mənimlə oxşar yollardan keçib. Yukidən çox şey öyrənəcəyəm. Onun təcrübəsi mənim üçün çox dəyərlidir”.

VCARB komandasının rəhbəri Loren Mekis isə Ayzek Həcərin potensialına təriflər yağdırıb və bildirib ki, gənc sürücü 2025-ci ildə onların hədəflərinə çatmasına kömək edəcək: “Ayzekin Formula 1-ə qədər olan yolu doğrudan da çox təsiredicidir. Təkoturacaqlı yarışlarda göstərdiyi mükəmməl inkişaf və qazandığı nəticələr onun istedadını və əzmini isbatlayır. İnanırıq ki, komandaya tez uyğunlaşacaq və böyük təsir yaradacaq.

Yukinin təcrübəsi və yetkinliyi 2025-ci il hədəflərimizə çatmağımız üçün çox vacibdir. Ayzek ilə yaxşı komanda yoldaşı olacaqlarına inanıram”.

VCARB-ın İdarə Heyətinin Rəhbəri Piter Bayer: “Red Bull komandasına keçsiyi üçün Liamı təbrik edirik.

VCARB komandası olaraq Formula 1 istedadlarını inkiçaf etdirmək üçün biradayıq. Əsas hədəfimiz gənc sürücülərimizi böyük addımlara hazırlamaqdır. Ayzeki komandaya gətirmək gənc sürücülərimizi idmana qazandırmaqda qərarlılığımızı göstərir”.

Rauf Hacıyev

Şərh əlavə et