Kokpit.az xatırladır ki, Red Bull komandası dünən verdiyi açıqlama ilə Serxio Pereslə yollarını ayırdıqlarını bildirib.
Meksikalı sürücü 2021-ci ildən etibarən Red Bull komandasında çıxış edirdi. O, 4 mövsüm ərzində 5 yarış qazanmış və 2022-ci il mövsümündə Sürücülər Çempionatında ikinci yeri tutmuşdu. Ancaq builki pis performansına görə komanda onu göndərməli olmuşdu.
Kristian Horner: “Son 4 ildə Red Bull komandası üçün etdiklərinə görə Çekoya təşəkkür etmək istəyirəm. 2021-ci ildə komandaya gəldikdən sonra möhtəşəm komanda oyunçusu olduğunu isbatladı və bizə iki Mühəndislər Kuboku gətirdi. Bundan başqa ilk dəfə Mühəndislər Kubokunda ilk dəfə ilk iki yeri tutduq.
O, tamamı şəhər tipli traslarda olmaqla beş yarış qələbəsi əldə etdi. Bu da Çekonun limitləri sona qədər istifadə etməsini və qərarlılığını göstərir.
O gələn il bizim üçün yarışmasa belə həmişə komandanın sevilən bir üzvü və tariximizin ən dəyərli bir hissəsi olacaq”.
Şərh əlavə et