Xəbəri Kokpitdə Oxuyun!

Sayns Ferrari ilə sağollaşıb

Ferrari komandası ilin sonunda yollarını ayıracağı Karlos Sayns üçün vida mərasimi təşkil edib.

Səhər tezdən Karlos Sayns və atası Ferrari-nin uzun müddətdir test üçün istifadə etdiyi əfsanəvi Fyorano trasına gəliblər. Qarajda onları iki Ferrari F1-75 bolidi gözləyirdi.

Səhər saat 10:45-də Sayns ailəsi üçün çox xüsusi bir an baş verib. Ferrari-nin sükanı arxasına Karlosun atası Karlos Sayns Sr. keçib.  Bu, oğlunun 27 yanvar 2021-ci ildə, yəni düz üç il 324 gün əvvəl Ferrari-də debüt etdiyi gündən bir əlamətdar hadisə idi.

Ralli çempionu olmuş ata Sayns keçmişdə Formula 1 bolidi sürmüşdü, lakin bu, təxminən iyirmi il əvvəl baş vermişdi. Trasda bir neçə dəfə yerində fırlansa da, daha sonra öz ritmini tez tapa bilib.
Günorta isə növbə oğluna çatıb və Carlos Sainz Jr. bu trasda sonda Ferrari ilə sürüş edib. Lakin tədbir bununla məhdudlaşmayıb.

Saynz ailəsi Ferrari-nin keçmişinə səyahət edib və 1955-ci ildə istehsal olunmuş Ferrari 735 LM-nin sükanı arxasına keçib. Milye Milyada Pyero Taruffi, Le Mans 24 saat yarışında isə Harri Şell və Moris Trintiqnant bu avtomobil ilə yarışıb.

Fyoranoda bu unudulmaz gün komandanın çəkdirdiyi xatirə şəkli ilə başa çatıb. Şəkildə Karlos Sayns və ailəsini Ferrari-nin digər pilotu Şarl Lekler və komandanın rəhbəri Frederik Vassyör müşayiət edib. Leklerin tədbirdə öhdəliyi olmasa da, Saynsla vidalaşmaq üçün oraya gəlib.

Rauf Hacıyev

Şərh əlavə et