Xəbəri Kokpitdə Oxuyun!

Ferstappenin bir mühəndisi də ayrılır

Niderland mətbuatınən verdiyi xəbərə görə Maks Ferstappenin hərəkətli hissələrə nəzarət edən mühəndisi Maykl Mənninq vəzifəsindən ayrılır.

Maykl Mənninq uzun illər idi ki, Maks Ferstappenin mühəndis komandasında işləyirdi  və güc qurğusundan başqa bolidin bütün hərəkət edən hissələrini idarə edən proqram təminatına cavabdeh idi. Sükandakı düymələr də daxil olmaqla bir çox hissələrin işləməsinə cavabdeh olan Mənninq, xüsusilə 2023-cü ildə Maks Ferstappenin pis başlanğıclarını yaxşılaşdıran şəxs kimi tanınırdı.

De Telegraaf-ın veridyi xəbərə görə, Mənninq Red Bull-da daha böyük vəzifəyə keçmək  ya da yeni bir meydan oxuma istəyib.  Buna görə də britaniyalı mütəxəsssis 2025-ci ildən başlayaraq bütün yarışlarda iştirak etməyəcək və fərqli vəzifəyə keçəcək.
Mənninqin Red Bull-da işləməyə davam edəcəyi gözlənilir, lakin o, Ferstappenin boksundakı mühəndislər qrupunun bir hissəsi olmayacaq.

Qeyd edək ki, Mənninq 2011-ci ildən Red Bull-da işləyir. O, Maks Ferstappendən əvvəl Sebastyan Fettellə çalışıb. Hələlik Red Bull bu vəzifəyə kimi təyin edəcəklərini açıqlamayıb.

Son vaxtlar Red Bull-un kadr strukturunda çoxlu dəyişikliklər olub. Conatan Vitli və Ədrian Nyui komandadan ayrılıb. Performans mühəndisi Uill Kurtenay da 2026-cı ildə McLaren-ə keçəcək.

Rauf Hacıyev

Şərh əlavə et