Xəbəri Kokpitdə Oxuyun!

Ferstappen 1 nömrədən istifadə edəcək

Red Bull komandasının sürücüsü Maks Ferstappen bu il çempion olduqdan sonra növbəti mövsüm üçün yenə də doğma 33 nömrəsini yox, 1 nömrəni seçib.

Ardıcıl dördüncü dünya çempionluğunu qazanan Maks Ferstappen növbəti mövsümdə də 1 nömrə ilə mübarizə aparmağa davam edəcək. Niderlandlı pilotun onsuz da çempionluq üçün ayrılmış nömrədən istifadə edəcəyi gözlənilirdi, lakin bu 2025-ci il iştirakçı siyahısı ilə rəsmiləşib.

27 yaşlı pilotun seçdiyi yarış nömrəsi 33 olsa da, hazırkı Formula 1 qaydalarına əsasən, çempionluq qazanan sürücü titulunu qorumaq üçün istifadə edəcəyi nömrəni seçmək hüququna malikdir. Bu sistem 2014-cü ildə qüvvəyə minib və Ferstappen qaydanın qüvvəyə mindiyi birinci ildə bunu edən Sebastyan Fetteldən sonra 1 nömrədən istifadə edən ilk sürücü olub. Fettel növbəti mövsümdə çempion ola bilməmiş və 5 nömrəni seçmişdi.

O vaxtdan bəri altı dəfə Sürücülər Çempionatını qazanan Lyuis Həmilton isə hər yeni mövsümdə 44 rəqəmindən istifadə etməyi seçmişdi. Onun  Mercedes-dəki keçmiş komanda yoldaşı Niko Rosberq titulunu qorumağa çalışmamış və 2016-cı ildə Çempion olduqdan sonra  Formula 1 karyerasını bitirmişdi.

Rauf Hacıyev

Şərh əlavə et