Red Bull komandası keçən həftə keçirilən səhmdarlar toplantısından sonra 2025-ci il üçün sürücü heyətinə qərar verib.
İddialara görə “qırmızı öküzlər” Serxio Pereslə yollarını ayıracaqlar və onun yerinə Liam Louson gələcək.
Rəsmi açıqlamanın bu həftə verilməsi gözlənildiyi halda, Sky Almaniya xüsusi xəbər verib. Xəbərə görə, Red Bull meksikalı pilota onunla yollarını ayırmaq qərarına gəldiklərini bildirib və tərəflər müqavilənin ləğvi ilə bağlı razılığa gəliblər. Gələn il Maks Ferstappenin komanda yoldaşı Liam Louson olacaq.
Almaniya mətbuatının xəbərinə görə rəsmi açıqlamanın bu gün veriləcəyi gözlənilir. Digər tərəfdən, Formula 2-də yarışan Ayzek Həcər RB komandasında Liam Lousonu əvəz edəcək.
Red Bull hələlik məsələ ilə bağlı açıqlama verməyib.
Şərh əlavə et