Xəbəri Kokpitdə Oxuyun!

Həmilton nə zaman Ferrari bolidini idarə edəcək?

Mövsüm yenicə başa çatıb və Lyuis Həmiltonun Mercedes-lə olan uzun əməkdaşlığı başa çatıb.

Lakin iki mənbə dərhal Formula 1-in yeddiqat qalibi Lyuis Həmiltonun Ferrari avtomobilinin sükanı arxasında debütü üçün potensial tarixləri dərc edib.

Scuderia Fans nəşri bildirir: “Bir mənbədən əldə edilən məlumata görə, Lyuis Həmiltonun ilk dəfə Ferrari-ni yanvarın 22-də Fiorano trasında şirkət tərəfindən onun üçün təşkil edilən sınaqda sürməsi gözlənilir. Bu, 2022-ci ilin F1-75 maşını olacaq. Lakin bu plan əlverişsiz hava şəraiti və ya komandalar üçün gərgin və çətin dövrdə yenidən planlaşdırma ehtiyacı səbəbindən dəyişdirilə bilər.

Circus F1 isə belə yazır: “İtaliya komandasına yaxın mənbələrdən öyrəndiklərimizə görə, bu gün Lyuisin debütü üçün ən çox ehtimal olunan tarix yanvarın son həftəsidir. Söhbət ayın 28-dən 30-a qədər olan üç günlük pəncərədən gedir. Həmiltonun Fioranoda debütündən əlavə, Şarl Lekler və çox güman ki, üç sürücüdən – Antonio Covinatsi, Antonio Fuoko və Artur Leklerdən ikisi də Fiorano trasında çıxış edəcəklər.

İkinci ən çox ehtimal olunan fərziyyə yanvarın 15-dən 17-dək olan günlərdir, lakin bu tarixlər 2025-ci ilin yeni avtomobili üzərində işlərin, o cümlədən simulyatorların sınaqlarını başa çatdırmaq üçün zavodda artıq təşkil olunmuş bir sıra digər görüşlərə çox yaxın olacaq”.

Elçin Zodorov

Şərh əlavə et