Kokpit.az xatırladır ki, 2026-cı ildə Formula 1-in texniki reqlamentində dəyişikliklər olacaq.
Buna görə də Fernando Alonsonun 2025-ci ilə inamı olmasa da, 2026-cı ildə Aston Martin-in güclü performansını gözləyir: “Bu il yaşadığımız çətinliklər və səhvlərdən dərs çıxararaq, hər şeyə yenidən başlaya bilərik. Builki təcrübələrimizlə gələnilki maşına fokuslanacağıq. Yeni baza tikilib qurtardı, aerodinamik boru da tezliklə fəaliyyətə başlayacaq. İdarə Heyətinin yeni rəhbəri Əndi Kovell komandadakı bəzi zəiflikləri indidən dəyişdirib. Buna görə də yeni idarəçilərə güvənirik və işlərin doğru yöndə getdiyinə inanıram.
Formula 1-də möcüzələrə yer yoxdur. Səbirli və qüsursuz işləyib düzgün balansı qorumaq lazımdır. Altlıq effektli maşınlarda düzgün işləyib, doğru yeniliyi kəşf etməlisiniz.
McLaren bu mövsümə geridən başlasa da, mövsümün ortasında yarışlar qazanmağa başladılar. Biz də bəzi şeyləri öyrənməliyik. Bu inkişafın necə aparılmasına dair yaxşı misaldır. Avstriyada bir paket gətirdilər və bu onlara 0.6-0.7 saniyə qazandırdı. Biz də bunun üzərində işləməliyik”.
Qeyd edək ki, Aston Martin 2023-cü ildə mövsümə ən sürətli ikinci maşınla başlamış və 8 podium qazanmışdı. Lakin sonradan geriləmişdi. “Yaşıllar” bu mövsümə pis başlamış və onların builki ən yaxşı nəticələri Ciddədəki beşinci yer olmuşdu.
Şərh əlavə et