Xəbəri Kokpitdə Oxuyun!

Brembo iddiaları rədd edib

Brembo şirkəti iddialara cavab verib və bildiirblər ki, onlar Ferrari ilə işləməyə davam edəcəklər.

Ötən həftələrdə Lyuis Həmiltonun Mercedes-də birlikdə işlədiyi Fransız əyləc istehsalçısı Carbon Industrie-ni Ferrari-yə gətirmək istədiyi iddia edilmişdi. Belə olan halda, Həmiltonun tələbini ödəmək üçün Ferrari Brembo ilə 50 mövsümdür davam edən ortaqlığına son qoymalı olacaqdı. Ferrari komandasının rəhbəri Frederik Vassyörün Carbon Industrie əyləclərinə keçidi dəstəklədiyi də iddia edilirdi.

Yapon media orqanı As Web də Carbon Industry mənbələrinə əsaslanaraq bunları yazmışdı: “Hər kəs bilir ki, Lyuis bolidində Carbon Industry əyləc disklərini görmək istəyir.”

Lakin Brembo bu iddiaları açıq şəkildə rədd edib. Şirkətin açıqlamasında bildirilir ki, onlar Ferrari-yə bütün lazımi əyləc sistemi hissələrini tədarük etməyə davam edəcəklər.

Brembo öz bəyanatında belə deyib: “Brembo olaraq dekabrın 12-si səhər bəzi onlayn platformalarda yayılan şayiələrə cavab olaraq Ferrari ilə əməkdaşlığın sona çatması ilə bağlı iddiaları rədd edirik.”

Rauf Hacıyev

Şərh əlavə et