Kokpit.az xatırladır ki, bu il çempionluğ uğrunda mübarizə qızğın olsa da, Maks Ferstappen sonda Lando Norris, Şarl Lekler və Corc Rasselli geridə qoyaraq, Dünya Çempionu titulunu qazanıb.
Xuan Pablo Montoya: “Ferstappen sözün əsl mənasında rəqiblərini dəli edir. Hər şeydən əsas heç yerdə səhv etmir. İkincisi qəza etməkdən qorxmur. Komanda səhv edəndə belə bunu problemə çevirmir.
Qətər yarışının startından sonra ilk döngədə Maksın həmləsini görəndən sonra Corc xarici trayektoriyadan keçməyi düşünmədi, çünki insidentdən qorxdu. Yəni ki, Corc o dəqiqə təslim oldu. Bəlkə də öz-özünə dedi ki, Maks ilə mübarizə apara bilməyəcək. Amma orada Corcun yerinə Lyuis olsaydı, mübarizədən qorxmazdı. Elə buna görə də Lyuis yeddiqat Dünya Çempionudur. Maksın dörd Dünya Çempionluğu var və ön tərəfdə mübarizə aparan heç bir pilot çempion ola bilmədi. Eyni zamanda Fernando Alonsonun da qələbə şansı olsa, o, mübarizədən qorxmur.
Amma Lando və Rassell heç kimlə insident yaşamaq istəməz. Piastri bəlkə insident yaşayar, Karlos insident yaşaya bilər. Lekler də insident yaşamaq istəməz və sonra radiodan maşınının zəif olduğunu deyər. Eynilə Lando kimi. Bu onların genlərində var.
Ancaq onu da qeyd edim ki, əgər hər şey qaydasında olsa, Lando və Şarl yarışda çox sürətli ola bilirlər və bu yöndə bir-birlərinə çox bənzəyirlər. İşi bitirmək üçün yetəri qədər sürətləri var, amma təkər-təkərə mübarizə aparıb ötmə etmək onların genlərində yoxdur”.
Şərh əlavə et