Xəbəri Kokpitdə Oxuyun!

Rikkardo Cadillac-da yarışmaq istəmir?

ESPN-in verdiyi xəbərə görə Daniel Rikkardo 2026-cı ildə Formula 1-ə gələcək Cadillac komandasında çıxış etmək istəmir.

Bild qəzetində bu həftə çıxan bir xəbərdə Daniel Rikkardonun Cadillac üçün əsas sürücü namizədlərindən biri olduğu iddia edilmişdi. Bununla belə, Rikkardoya yaxın mənbələr ESPN-ə verdikləri müsahibədə bu xəbəri təkzib ediblər: “Bu məsələ ilə bağlı Daniellə əlaqə saxlanılmayıb. O özü də bu iş üçün maraqlı deyil”.

Rikkardo bu il RB komandası ilə yollarını ayırdıqdan sonra Formula 1 karyerasının bitdiyini düşünür. Onun məqsədi 2018-ci ildə tərk etdiyi Red Bull komandasına qayıtmaq və yenidən yarışlarda qalib gələ biləcək avtomobilə sahib olmaq idi. Lakin bu ehtimal Red Bull tərəfindən aradan qaldırıldıqdan sonra Rikkardo idmandan tamamilə uzaqlaşmağa qərar verib. Sinqapur Qran Prisindən sonra Rikkardonun Red Bull ilə əlaqəsi tamamilə kəsilib.

Avstraliyalı sürücü karyerası ərzində səkkiz yarış qalib gəlib. O, ən son 2021-ci il İtaliya Qran Prisində McLaren ilə qələbə qazanıb. Onun avtoidmandan tamamilə uzaqlaşıb-uzamadığı hələlik məlum deyil. 35 yaşlı pilot Formula 1-də Deyl Ernhardtın xatirəsinə 3 nömrəli avtomobillə yarışıb. O, əvvəllər NASCAR yarışına qatılmaq arzusunu ifadə etmişdi, lakin bu maraq son mövsümlərdə azalıb.

Rauf Hacıyev

Şərh əlavə et