Kokpit.az xatırladır ki, Şarl Lekler Formula 1 üzrə 2024-cü il mövsümünün ikinci hissəsində ən çox xal toplamış sürücü olmuş, Ferrari komandası isə çempionluğu 14 xal fərqi ilə McLaren-ə qarşı itirmişdi.
Bu uğurda Karlos Saynsın da payı var idi. Lakin ispaniyalı sürücü növbəti mövsüm Lyuis həmiltonun transferi ilə komandadan ayrılıb və Williams-a transfer olunub. Buna baxmayaraq 30 yaşlı sürücü sabiq komandasının gələn il uğur qazanacağıan inanır.
Karlos Sayns: “Ferrari-də keçirdiyim vaxtdan qürur duyuram. Bu dörd il ərzində bu komandanı aid olduğu yerə – Dünya Çempionluğu uğrunda mübarizəyə qaytarmaqda qatqı verdiyim üçün qürur duyuram. Bu il çempion ola bilmədik, amma Ferrari-nin gələn il çempionluq uğrunda mübarizəyə hazır olduğunu hiss edirəm. Onların Şarlla çox yaxşı şansları olduğuna inanıram və mənim üçün gələn ilin ən böyük favoritlərindən biridirlər”.
Şərh əlavə et