MotoGP rəgbərliyi 20 illik fasilədən sonra Braziliya Qran Prisi təşkil etmək üçün Brasil Motorsport şirkəti ilə müqavilə bağlayıb. Müqaviləyə görə 2026-2030-cu illərdə Goiania trasında MotoGP üzrə Braziliya Qran Prisi keçiriləcək.
Bu tras 1987-1989-cu ildə MotoGP-ni qəbul etmiş, daha sonra 1992-ci ildə Braziliya Qran Prisi İnterlaqos trasına keçirilmişdi. Lakin Braziliya Qran Prisi yenə tras dəyişdirmiş və 1995-2004-cü illərdə Rio de Janeyro Qran Prisi adı ilə Jakarepaqa trasında təşkil edilmişdi. Bundan sonra isə Braziliya təqvimdən çıxarılmışdı.
Goiania 2026-cı ildə təqvimə girmək üçün gələn ilin əvvəllərindən yenilənmə işlərinə başlayacaq. Bu iş zamanı trasın qaçış zonaları enlənəcək və paddok hissəsi tamamilə yenilənəcək.
DORNA Sports-un İdarə Heyətinin Rəhbəri Karmelo Ezpeleta: “Braziliyaya qayıtmağı dörd gözlə gözləyirik. Orada mükəmməl azarkeş kütləmiz var və bu xəbər onları həyəcanlandıracaq. Biz də onlar üçün Braziliyada yenidən yarışmaq üçün səbirsizlənirik. Bu yeni müqavilə idman və istehsalçılarımız üçün yeni böyümə fürsətidir.
Braziliya qlobal cəhətdən vacib ölkədir. Həmişə təqvimimizfə olmağa layiq ölkədir. Keçmişi uğurlarla dolu olan Brasil Motorsport-la işləmək bizim üçün çox həyəcanlı fürsətdir”.
Şərh əlavə et