Kokpit.az xatırladır ki, britaniyalı sürücü Mercedes komandasına 2018-ci ilə qatılıb və burada 12 il keçirib. O, burada yarışdığı müddətdə 84 yarış, 78 poul və altı Dünya Çempionluğu əldə edib.
Mercedes komandası Braklidə Lyuis üçün əsl çempionlara layiq sağollaşma mərasimi təşkil edib. Britaniyalı sürücünün çempion olduğu bolidlər şirkətin dəhlizi boyu düzülüb və ona alqışlarla vida edilib.
Mərasimdən sonra Lyuis Həmilton emosional formada komandası ilə sağollaşıb: “Artıq reallaşdı. Əbu Dabidən, Kuala Lumpurdan və Ştutqartdan sonra hər şey burada – Brəklidə başa çatdı. Brəkli mənim evimdir. Brəkli və Briksvorzda işləyən minlərlə insan mənim dostum və iş yoldaşım idi. Bütün gərgin işlərinizə və dəstəyinizə görə nə qədər təşəkkür etsəm, azdır. Bu doğrudan da çox gözəl idi”.
Qeyd edək ki, Formula 1-in əfsanəvi sürücülərindən biri olan Lyuis Həmilton karyerasına Ferrari komandasında davam edəcək. O, burada Şarl Leklerin komanda yoldaşı olacaq. Yeddiqat Dünya Çempionunun Ferrari ilə ilk testinin yeni ildən sonra 2022-ci il maşını ilə olması gözlənilir.
Şərh əlavə et