Bununla da, çempionatda əsas sürücülər üçün əlavə 2 vakant yer yaranmış olacaq. Bu da karyerasını bərpa etmək istəyən bir sıra sürücülər üçün əla şansdır. Lakin yeni komandanın sürücülərinin kim olacağı barədə danışmaq üçün bir qədər tezdir.
Almaniyanın Bild nəşri yazır ki, Cadillac-ın maşınlarından birinə əsas sürücü kimi oturmağa əsas namizəd Formula 1-də sonuncu yarışını Sinqapurda keçirmiş Daniel Rikkardodur. Yeni komandanın təcrübəli sürücüyə ehtiyacı var və Danielin Drive to Survive sənədli serialı sayəsində ABŞ-da populyarlığını nəzərə alsaq, avstraliyalı ilə müqavilə imzalamaq fanatların və sponsorların Cadillac-a diqqətini daha da cəlb edəcək.
Bununla belə, Rikkardonu təkcə Cadillac maraqlandırmır. Race.news xəbər verir ki, Rikkardo artıq ildə 10 milyon dollar maaşla Amerikanın NASCAR seriyası və Avstraliyanın Supercars seriyasında Toyota-nı təmsil etmək təklifi alıb.
Digər tərəfdən, Hyundai Motor Group-un baş direktoru Luke Donkervolk artıq Daniel Rikkardonun xidmətlərinə olan marağından danışıb. Koreya şirkəti Genesis zavodunun komandasını dözümlülük yarışlarına qatacaq və Rikkardo potensial olaraq Genesis GMR-001 hiperkarının sükanı arxasında otura bilər.
Lakin hələlik bütün bu söhbətlər şayiələr səviyyəsində qalır və Cadillac ilə Daniel Rikkardo arasında danışıqların rəsmi təsdiqi yoxdur…
Şərh əlavə et